AZ

"Bakı-Balakən istiqamətində vaqonlar restovrasiya edilib" - Azər Fərəcov

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bərpa etməyə hazırlaşdığı Bakı-Balakən-Bakı istiqamətində vaqonlar yataq tipli olacaq və onlar restovrasiya edilib.

 

Sfera.az xəbər verir ki, bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

 

Onun sözlərinə görə, bu reys dəmir yolları ilə daşınan sərnişinlərin sayını bir qədər də artırmağa imkan verəcək.

 

Xatırladaq ki, ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə 7,1 milyon, 2024-cü ildə isə 8 milyondan çox sərnişin daşıyıb.

Seçilən
26
8
sfera.az

10Mənbələr