AZ

Bakı-Balakən istiqamətindəki vaqonlarda yenilik

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bərpa etməyə hazırlaşdığı Bakı-Balakən-Bakı istiqamətində vaqonlar yataq tipli olacaq və onlar restovrasiya edilib.

Yenisabah.az xəbər verir ki, bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, bu reys dəmir yolları ilə daşınan sərnişinlərin sayını bir qədər də artırmağa imkan verəcək.

Xatırladaq ki, ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə 7,1 milyon, 2024-cü ildə isə 8 milyondan çox sərnişin daşıyıb.


Telegram kanalımız
Seçilən
3
8
yenisabah.az

10Mənbələr