AZ

"ABŞ İngiltərədəki hərbi bazada nüvə silahı yerləşdirəcək" - "Telegraph”

Birləşmiş Ştatlar yaxın bir neçə il ərzində İngiltərənin şərqindəki Suffolkdakı Lakenheath hərbi bazasında taktiki nüvə silahı yerləşdirə bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

 

Məlumata görə, hazırda Birləşmiş Ştatlar sözügedən aviabazada bir neçə milyon funt-sterlinq dəyərində taktiki nüvə silahları üçün anbar tikir və bu anbar yaxın bir neçə il ərzində tamamlanacaq. 

 

Qeyd olunub ki, Avropada 100-ə yaxın Amerikanın B61 nüvə bombası yerləşdirilib, onlar NATO ölkələrində - Belçika, İtaliya, Hollandiya, Türkiyə və Almaniyadakı bazalarda saxlanılır. F-35 qırıcılarından atılan bu bombalardan daha 150-yə yaxını ABŞ-də yerləşir.

 

Nəşr eyni zamanda vurğulayıb ki, Böyük Britaniya və Fransa öz taktiki nüvə silahlarını hazırlamaq üçün ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə edirlər. Qəzetin yazdığına görə, bu yolla London və Paris Vaşinqtondan hərbi asılılığını azaltmaq istəyir.

 

Firuzə Əliyeva

Seçilən
5
1
sfera.az

8Mənbələr