AZ

Olimpiya çempionu Türkiyə Güləş Federasiyasının prezidenti seçilib

Olimpiya çempionu Taha Akgül Türkiyə Güləş Federasiyasının yeni prezidenti seçilib.

"Report"un məlumatına görə, 34 yaşlı keçmiş idmançı 288 səsdən 189-unu toplayıb.

O, səsvermədə daha bir sabiq güləşçi Selçuk Çebini üstələyib. Qurumun əvvəlki prezidenti Şeref Eroğlu namizəd olmayıb.

Qeyd edək ki, 2016-cı ildəki Yay Olimpiya Oyunlarında qızıl medal qazanan sərbəst güləşçi 3 qat dünya və 11 qat Avropa çempionudur.

Seçilən
28
15
qaziler.az

10Mənbələr