Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev idmançılarla görüşüb.
News24.az-ın məlumatına görə, mərasimdə bir qrup idmançıya mənzil hədiyyə edilib.
Mənzil hədiyyə edilən idmançılar arasında XXXIII Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov və Zelim Kotsoiev də olub.
Onlara yeni mənzillərin orderləri təqdim edilib.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.
Prezidentin sərəncamı ilə Hidayət Heydərov və Zelim Kotsoievə "Şöhrət" ordeni və 600 min manat (400 min manat Azərbaycan Prezidenti, 200 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən) mükafat verilib.