AZ

Azərbaycanda qəribə hadisə: komanda oyuna gəlmədi


Azərbaycan 2-ci liqasının 13-cü turunun bu gün keçirilməli olan bir oyunu baş tutmayıb.

News24.az PFL-in saytına istinadən xəbər verir ki, “Qusar”–“Şahdağ Qusar” qarşılaşması keçirilməyib.

Buna "Qusar"ın görüşə gəlməməsi səbəb olub. Bu oyunun nəticəsi ilə bağlı hüquqi qərarın AFFA İntizam Komitəsi tərəfindən veriləcəyi bildirilib. "Qusar"a texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Qeyd edək ki, oyun saat 15:00-da başlamalı idi.



phrase_var_article.chosen
13
15
news24.az

10phrase_var_article.sources