AZ

Azərbaycanda qəribə hadisə: Komanda oyuna gəlmədi

Azərbaycan 2-ci liqasının 13-cü turunun bu gün keçirilməli olan bir oyunu baş tutmayıb.

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki, “Qusar”–“Şahdağ Qusar” qarşılaşması keçirilməyib.

Buna "Qusar"ın görüşə gəlməməsi səbəb olub. Bu oyunun nəticəsi ilə bağlı hüquqi qərarın AFFA İntizam Komitəsi tərəfindən veriləcəyi bildirilib. "Qusar"a texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Qeyd edək ki, oyun saat 15:00-da başlamalı idi.


Telegram kanalımız
phrase_var_article.chosen
30
15
yenisabah.az

10phrase_var_article.sources