Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Leqal.info xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan-Türkan avtomobil yolunda qeydə alınıb.
Belə ki, 1989-cü il təvəllüdlü Davud Əhmədovun idarə etdiyi "Mercedes 190" markalı avtomobil ilə 1990-cı il təvəllüdlü Elvin Allahverdiyevin idarə etdiyi qızıl rəngli "Hyundai Avente" markalı avtomobil ilə toqquşub.
Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb.
2013-cü təvəllüdlü sərnişin Zəhra Əhmədzadə almış olduğu müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində Respublika Neyrocərrahiyə xəstəxanasında ölüb.
Fakta cinayət işi başlanılıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta