Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan-Türkan avtomobil yolunda baş verib.
Belə ki, 1989-cü il təvəllüdlü Davud Əhmədovun idarə etdiyi "Mercedes 190" markalı avtomobil ilə 1990-cı il təvəllüdlü Elvin Allahverdiyevin idarə etdiyi qızıl rəngli "Hyundai Avente" markalı avtomobil ilə toqquşub.
Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb.
2013-cü təvəllüdlü sərnişin Zəhra Əhmədzadə almış olduğu müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində Respublika Neyrocərrahiyə xəstəxanasında ölüb.
Fakta cinayət işi başlanılıb.