AZ

Putinin ilin yekunları ilə bağlı böyük mətbuat konfransı başlayıb - FOTO

Rusiya Prezidenti Vladimir Putinin ilin yekunları ilə bağlı böyük mətbuat konfransı başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya lideri hər ilin sonunda ənənəvi olaraq ölkəsinin daxili və xarici siyasəti ilə bağlı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırır.

Ötən ildə olduğu kimi, builki mətbuat konfrans "Birbaşa xətt"lə birgə formatda keçirilir.

"Birbaşa xətt"ə vətəndaşlardan 2 milyona yaxın sual daxil olub.

Rusiya Prezidenti bir neçə saat ərzində həm sadə rusiyalıların, həm də yerli və xarici jurnalistlərin suallarını cavablandıracaq.

Putinin böyük mətbuat konfransına akkreditasiya olunan xarici media nümayəndələri arasında APA-nın Moskva müxbiri Fərid Əkbərov da var.

Qeyd edək ki, 2001-ci ildən bəri Rusiyanın Prezidenti və Baş naziri vəzifələrini tutan Putin demək olar hər il vətəndaşlarla “birbaşa xətt” və böyük mətbuat konfransları keçirib.

Putin indiyə kimi 18 dəfə canlı yayımda vətəndaşların, 16 dəfə isə yerli və xarici medianın suallarını cavablandırıb.

2020-ci ildən isə Rusiya Prezidentinin bu iki böyük tədbirin birləşdirilməsi qərara alınıb. Təcrübə uğurlu olduğu üçün 2023-cü ildən, yəni keçən ildən bu tədbir "Vladimir Putin ilə ilin yekunları" adlandırılıb.

Rusiya Prezidentinin ilin yekunları ilə bağlı tədbirinə medianın akkreditasiyasına gəldikdə isə, artıq pandemiya dövründən etibarən Putinin böyük mətbuat konfranslarında iştirak qaydaları dəyişib. Belə ki, pandemiyaya qədər Kremlin saytında mətbuat konfransı ilə bağlı elan yerləşdirilirdi və rəsmi qeydiyyatı olan yerli KİV-lər, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin akkreditasiya kartı olan xarici media nümayəndələri böyük mətbuat konfransında iştirak üçün sərbəst müraciət edə bilirdilər.

Lakin pandemiyadan sonra Kreml Putinin böyük mətbuat konfransına ancaq özü seçdiyi xarici media nümayəndələrini dəvət edir və heç də Rusiya Xarici İşlər Nazirliyinin akkreditasiya kartı olan hər xarici media nümayəndəsi mətbuat konfransına dəvət almır.

Böyük mətbuat konfransı və “birbaşa xətt”lə bağlı məhdudiyyətlərdən danışarkən qeyd etmək lazımdır ki, koronavirus pandemiyasından sonra tədbirə hələ də yalnız COVID-19 və qrip üçün mənfi PCR testi olan media nümayəndələri buraxılırlar. Tədbirdən bir gün öncə elə Rusiya Prezident Administrasiyasının binasında PCR testi qəbulu məntəqələri təşkil olunur. Akkreditasiya olunmuş media nümayəndələri bu məntəqəyə gələrək həm tədbirə giriş kartlarını götürür, həm də PCR testi vermiş olurlar. Testi müsbət çıxan media nümayəndəsinin tədbirə giriş kartı avtomatik bloklanır.

Akkreditasiyadan keçmiş jurnalistlər artıq Qostinı Dvorda keçirilən görüşün təşkilatçılarından ənənəvi hədiyyə dəstləri də alıblar. Bu dəfə təşkilatçılar jurnalistlərə Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümünün ağ loqotipi olan portfel, təqvim, qələm və A4 formatında dəftər hədiyyə ediblər.

Təşkilatçıların qənaətincə, qələm və A4 formatında dəftər Putinin və ya Kremlin mətbuat katibi Dmitri Peskovun diqqətini cəlb etməkdən ötrü yerindəcə plakat hazırlamaq üçün kifayətdir.

Putinin böyük mətbuat konfransı canlı yayımda Rusiya Prezidentinə sual vermək üçün unikal şans hesab olunur. Ona görə də yüzlərlə federal, regional və xarici media nümayəndəsi bu şansdan istifadə etməyə çalışacaq. Hətta Rusiyaya dost olmayan ölkələrin jurnalistləri də... Kremlin sözçüsü bugünkü tədbirə dost olmayan ölkələrdən də jurnalistlərə akkreditasiya verildiyini, lakin onların sayının az olduğunu söyləyib.

Putinin Putinin Putinin Putinin Putinin Putinin Putinin Putinin Putinin Putinin Putinin Putinin
Seçilən
2
50
apa.az

10Mənbələr