AZ

Təhsil eksperti DİM-i tənqid etdi: “30 il ərzində...”

“Dövlət İmtahan Mərkəzinin saytında müvafiq keçid var və biz müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk”.

Bunu Azərbaycan Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib.

“Biz hələlik bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Biz təklif edəcəyik ki, direktorlar müraciət etsin, biz bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək”, - o vurğulayıb.

Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu testlər yerli mütəxəssislər tərəfindən hazırlanıb:

“Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq”.

Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi öz funksiyanına aid olmayan işlər də görür:

"Dövlət İmtahan Mərkəzi yarananda məqsədi başqa idi. Lakin 30 il ərzində Dövlət İmtahan Mərkəzi hər hansı bir yenilik edə bilməyib. 

Etdiyi yeniliklər də qəbul qaydaları ilə əlaqəsi olmayan əlavələrdir. Ümumilikdə, gördükləri işlər gərginliyi azaltmaq yerinə, daha da artırır".

Seçilən
28
26
cebheinfo.az

10Mənbələr