AZ

Ekspert: Gecikmə olmadan psixometrik testin keçirilməsi vacibdir

“Dövlət İmtahan Mərkəzinin saytında müvafiq keçid var və biz müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk”.
Bunu Azərbaycan Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib.
“Biz hələ ki bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Biz təklif edəcəyik ki, direktorlar müraciət etsin, biz bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək”, - o vurğulayıb.
Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu testlər yerli mütəxəssislər tərəfindən hazırlanıb: “Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq”.
Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.


Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a bildirib ki, şagirdlərin psixometrik testdən keçmələri uyğun addımdır:

“Testin uğurlu olacağına şübhəm yoxdur. Çünki bizdə bu istiqamətdə hər hansı bir yoxlama, ölçmə həyata keçirilmir. Amma psixometrik göstəricilər şagirdlərin ümumi işinə əlavə olunarsa, bu zaman ciddi mənada dəyişikliklərin fərqinə vararıq. Yəni testin şagirdlər üçün effektiv olma ehtimalı daha çoxdur. Çünki şagirdlər belə bir psixometrik testdən keçəcəklərini bildikləri üçün mütləq davranış qaydalarına diqqət yetirəcək, öz hərəkətlərinin tənzimləməyə çalışacaqlar. Həmçinin onların valideynləri də çalışacaqlar ki, övladları məhz bu psixometrik testdən keçə bilsinlər. Bu zaman isə müəyyənləşdirəcəyik ki, hansı şagirdlərdə deviant davranışlar daha çox müşahidə olunur. Beləlilkə də hansı şagirdlərdə kənaraçıxma halları varsa, onlarla bağlı tədbirlər görüləcək. Düşünürəm ki, bu cür qərarın alınması  psixi problemləri olan şəxsləri müəyyənləşdirməkdə ən optimal üsul olacaq. Hətta müəyyənləşmədən sonra onlar haqqında müəyyən tədbirlərin görülməsi asanlaşacaq. Ona görə gecikmə olmadan psixometrik testin keçirilməsi vacibdir”.
phrase_var_article.chosen
53
26
sherg.az

10phrase_var_article.sources