AZ

Portuqaliya Azərbaycandan neft alışını kəskin artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Portuqaliyaya 631milyon 169 min ABŞ dolları dəyərində 1 milyon 5 min 213 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Bu barədə Fins.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 388 milyon 526 min ABŞ dolları (2,6 dəfə), həcm ifadəsində isə 638 min 507 ton (2,7 dəfə) çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan ümumilikdə 13 milyard 304 milyon 395 min ABŞ dolları dəyərində 21 milyon 555 min 781 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyard 795 milyon 547 min ABŞ dolları (11,9%), həcm baxımından isə 2 milyon 643 min 674 ton (10,9%) azdır.

Fuad Mədətov
Fins.az

Seçilən
34
21
fins.az

10Mənbələr