AZ

Suriyanın əsas neft emalı zavodu fəaliyyətini dayandırıb

Suriyanın Baniyas şəhərindəki ən böyük neft emalı zavodu İrandan xam neft nəqlinin kəsilməsindən sonra fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə şirkətin baş direktoru İbrahim Musallem "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Zavodun işləmə gücü sutkada 90-100 min barel xam neft təşkil edir, emal olunmuş neftin 90%-ə qədəri İrandan, qalan həcm isə Suriyada devrilmiş Əsəd hökumətinin nəzarətində olan yataqlardan təmin edilir. Aydınlaşdırılır ki, neftin emalı üçün sonuncu tədarükü dekabrın 13-də olub və hazırda zavodda cari təmir işləri aparılır.

Gülayə Mecid 

Seçilən
34
21
unikal.az

10Mənbələr