AZ

Pambıq ixracı ölkəyə 203 milyon dollar qazandırıb

2024-cü ilin yanvar–noyabr aylarında ölkəmiz 203 milyon 23,14 min ABŞ dolları dəyərində 126 min 150,86 ton pambıq ixrac edib. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb. Hesabata əsasən, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 milyon 147,6 min ABŞ dolları və ya 34,5 faiz, həcmi isə 50 min 941,05 ton və ya 67,7 faiz artıb. Ümumilikdə, hesabat dövründə pambıq ixracı ölkənin ümumi ixracının 0,83 faizini təşkil edib.

Cari ilin 11 ayında Azərbaycan 9 milyon 69,62 min ABŞ dolları dəyərində pambıq idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 944,84 min ABŞ dolları və ya 27,3 faiz çoxdur. Pambıq idxalı isə ölkənin ümumi idxalının 0,05 faizinə bərabər olub. 

Bununla yanaşı, yanvar–noyabr aylarında Azərbaycan 113 min 980,51 ton pambıq lifi və 10 min 918,25 ton pambıq iplik ixrac edib. Ölkəmizin bu növ məhsulların ixracından əldə etdiyi ümumi gəlir isə 196 milyon 957, 44 min dollar olub.

Seçilən
0
2
xalqqazeti.az

4Mənbələr