AZ

Almaniya Prezidenti Bundestaqın buraxılmasını planlaşdırır

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması barədə qərar qəbul etməyi planlaşdırır.

Bu barədə Almaniya Prezidenti dəftərxanasının nümayəndəsi Kerstin Qammelin “X” sosial şəbəkəsində məlumat verib.

?Son günlərdə Almaniya hökuməti üçün sabit parlament çoxluğunun yaradılması ilə bağlı artıq heç bir perspektivin olmadığına əmin olmaq məqsədilə Bundestaqda fraksiya və qrupların sədrləri ilə danışıqlar apardım. Mən Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq 2024-cü il dekabrın 27-də Bundestaqın buraxılması barədə qərar qəbul etmək niyyətindəyəm?, ? K.Qammelin Ştaynmayerdən sitat gətirib.

Seçilən
15
11
banker.az

10Mənbələr