AZ

Dekabrın 27-də Almaniya prezidenti Bundestaqı buraxacaq

Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniya prezidentinin ofisinin “X” hesabında məlumat verilir. Məlumatda deyilir: “Son günlər Almaniya hökuməti üçün sabit parlament çoxluğunun yaradılması perspektivinin artıqlığına əmin olmaq üçün Bundestaqdakı fraksiya və qrupların sədrləri ilə danışıqlar aparmışam. Buna görə də  2024-cü il dekabrın 27-də Konstitusiyanın  68-ci maddəsinə uyğun olaraq Bundestaqın buraxılması barədə qərar qəbul etmək niyyətindəyəm”.

Vəli Həsənoğlu,

KONRET.az

Seçilən
27
1
konkret.az

10Mənbələr