Dekabrın 20-də Rusiyanın raket hücumları nəticəsində Kiyevdə Albaniya, Argentina, Fələstin, Şimali Makedoniya, Portuqaliya və Monteneqronun səfirlikləri zədələnib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi məlumat verib: “Bu gün Kiyevdə eyni binada yerləşən bir neçə ölkənin səfirliyinə ziyan dəyib. Pəncərələr, qapılar və tavanlar zədələnib”, – deyə Tixi bildirib. O, diplomatik qurumlara hücumu barbar hücum adlandırıb: “Bu, qırmızı xətlərin və beynəlxalq qaydaların pozulmasıdır. Bu hücumlarla Rusiya yalnız barbar statusunu təsdiqləyir”.
Vəli Həsənoğlu,
KONRET.az