EN

Rusiyanın raket hücumlarından sonra Kiyevdə bir neçə ölkənin səfirliyinə ziyan dəyib

Dekabrın 20-də Rusiyanın raket hücumları nəticəsində Kiyevdə Albaniya, Argentina, Fələstin, Şimali Makedoniya, Portuqaliya və Monteneqronun səfirlikləri zədələnib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi məlumat verib: “Bu gün Kiyevdə eyni  binada yerləşən bir neçə  ölkənin səfirliyinə  ziyan dəyib. Pəncərələr, qapılar və tavanlar zədələnib”, – deyə Tixi bildirib. O, diplomatik qurumlara hücumu barbar hücum adlandırıb: “Bu, qırmızı xətlərin və beynəlxalq qaydaların pozulmasıdır. Bu hücumlarla Rusiya yalnız barbar statusunu təsdiqləyir”.

Vəli Həsənoğlu,

KONRET.az

Chosen
24
konkret.az

1Sources