Fransa və ATƏT-in digər 37 ölkəsi ATƏT-in Vyana mexanizmini işə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın Gürcüstandakı səfirliyindən bildirilib.
“Biz Gürcüstanı toplaşmaq və ifadə azadlıqlarını qorumaq üçün konstruktiv dialoqa çağırırıq”, - məlumatda deyilir.
Qeyd edək ki, Vyana mexanizmi insan hüquqları və əsas azadlıqlarla bağlı məsələlər üzrə məlumat mübadiləsini nəzərdə tutur.
Müəllif: Cəmilə Babayeva