AZ

Fransa və ATƏT-in 37 ölkəsi Gürcüstanla bağlı mexanizm işə saldı

Fransa və ATƏT-in digər 37 ölkəsi ATƏT-in Vyana mexanizmini işə salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın Gürcüstandakı səfirliyindən bildirilib.

“Biz Gürcüstanı toplaşmaq və ifadə azadlıqlarını qorumaq üçün konstruktiv dialoqa çağırırıq”, - məlumatda deyilir.

Qeyd edək ki, Vyana mexanizmi insan hüquqları və əsas azadlıqlarla bağlı məsələlər üzrə məlumat mübadiləsini nəzərdə tutur.
Seçilən
12
1
sherg.az

2Mənbələr