BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
SeherXeber.org xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik və ölkənizin rifahı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Azərbaycan iqtisadiyyatında dönüş yaradan və dünya miqyaslı neft-qaz layihələrinə "yaşıl işıq" olan "Əsrin müqaviləsi"nin imzalanmasının
bu il 30 illiyini qeyd etdik. Bu yubiley ili "Azəri"-"Çıraq"-"Günəşli" üzrə sərbəst qaz hasilatı haqqında Sazişin imzalanması və bu yaxınlarda həmin yataqdan 600 milyonuncu ton hasilatın əldə edilməsi ilə daha da əlamətdar oldu.
Eləcə də SOCAR-la yeni əməkdaşlıq imkanları və “yaşıl enerji” sahəsi ilə bağlı layihələrinizin reallaşması istiqamətində mühüm addımlar atıldı.
Onilliklərdir davam edən bu enerji tərəfdaşlığımız müddətində göstərdiyiniz daimi dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Azərbaycan hökuməti və SOCAR ilə strateji tərəfdaşlığımız bundan sonra hələ uzun illər davam edəcəkdir.
Fürsətdən istifadə edərək Sizi, ailənizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram".
***
Rusiyanın respublika və vilayətlərinin rəhbərləri, digər rəsmi şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər.
SeherXeber.org -ın məlumatına görə, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov təbrik məktubunda qeyd edib ki, İlham Əliyev quruculuq fəaliyyətində, iqtisadi, sosial və mədəni inkişaf istiqamətində heyrətamiz uğurlar qazanmış Azərbaycan Respublikasının mənafeyini 20 ildən artıqdır ki, inamla müdafiə edir.
“Əmin olduğumu bildirirəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluq və qarşılıqlı hörmət əlaqələrinə əsaslanan dostluq, əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə genişlənəcək və dərinləşəcək”, - S.Məlikov yazıb.
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin təbrikində deyilir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq məsələlərdə mühüm rol oynayır, dünya arenasında haqlı olaraq yüksək nüfuza malikdir.
Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin öz təbrikində qeyd edib ki, İlham Əliyevin ölkəyə rəhbərliyinin iki onilliyi ərzində ölkə beynəlxalq nüfuzunu xeyli möhkəmləndirib, regionda lider mövqeyini gücləndirib, Avrasiya məkanında əhəmiyyətli aktora çevrilib.
Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosova isə prezidentə uğurlar, tükənməz güc və enerji, nikbinlik, yeni zirvələr fəth etməyi arzulayıb.
***
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
SeherXeber.org xəbər verir ki, Q.Berdiməhəmmədoun təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılan böyük uğurlar, ölkənin iqtisadi inkişafında, dünya arenasında nüfuzunun möhkəmlənməsində mühüm nailiyyətlər Sizin adınızla ayrılmaz surətdə bağlıdır.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram".
***
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
SeherXeber.org xəbər verir ki, təbrikdə deyilir:
"Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin dostluq, tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əhəmiyyətli töhfənizi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş qərarların icrası üçün iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, müxtəlif istiqamətlərdə birgə nəhəng layihələrin həyata keçirilməsi məqsədilə böyük işlər görülür.
Əminəm ki, praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılması Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.
Sizinlə 2024-cü il noyabrın 13-də keçirilmiş görüşümüzü məmnunluqla xatırlayıram. Açıq və konstruktiv ünsiyyətimizi davam etdirməkdən şad olacağam.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
***
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
SeherXeber.org -ın məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu, əziz dost.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Qeyd etmək xoşdur ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə Türk dünyasında getdikcə daha mühüm rol oynayır, regionda liderliyini gücləndirir və Belarus Respublikasının etibarlı strateji tərəfdaşıdır.
Sizinlə bu yaxınlarda Bakıda görüşümü məmnunluqla xatırlayıram.
Mən dostluğumuzu və etimada əsaslanan şəxsi münasibətlərimizi, qarşılıqlı dəstəyi və müxtəlif platformalarda açıq konstruktiv dialoqumuzu yüksək qiymətləndirirəm.
Əminəm ki, qlobal iqlim forumunun - COP29-un və Dünya Liderləri Sammitinin uğurla keçirilməsi ölkənizin beynəlxalq nüfuzunu daha da gücləndirdi.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, uğurlar, Azərbaycan dövlətinə isə Sizin rəhbərliyinizlə daimi qələbələr arzulayıram”.
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan bu gün Sizin rəhbərliyinizlə dövlətçiliyin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.
Əminəm ki, bərabərlik, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan ənənəvi dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.