AZ

Prezidentə təbriklər gəlməyə davam edir – Yenilənir


Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, təbrikdə deyilir:
“Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin dostluq, tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əhəmiyyətli töhfənizi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş qərarların icrası üçün iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, müxtəlif istiqamətlərdə birgə nəhəng layihələrin həyata keçirilməsi məqsədilə böyük işlər görülür.
Əminəm ki, praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılması Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.
Sizinlə 2024-cü il noyabrın 13-də keçirilmiş görüşümüzü məmnunluqla xatırlayıram. Açıq və konstruktiv ünsiyyətimizi davam etdirməkdən şad olacağam.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.
***

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Siz quruculuq fəaliyyətində, iqtisadi, sosial və mədəni inkişaf istiqamətində heyrətamiz uğurlar qazanmış Azərbaycan Respublikasının mənafeyini 20 ildən artıqdır ki, inamla müdafiə edirsiniz. Sizin yüksək siyasi nüfuzunuz və həyata keçirdiyiniz kursa ümumxalq dəstəyi ölkənin bir çox sahələrdə lider mövqelərinin möhkəmlənməsinə təminat verir.
Əmin olduğumu bildirirəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluq və qarşılıqlı hörmət əlaqələrinə əsaslanan dostluq, əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə genişlənəcək və dərinləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, qarşıdan gələn 2025-ci ildə Sizə möhkəm cansağlığı, firavanlıq və məsuliyyətli işinizdə uğurlar arzulayıram”.
***

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılan böyük uğurlar, ölkənin iqtisadi inkişafında, dünya arenasında nüfuzunun möhkəmlənməsində mühüm nailiyyətlər Sizin adınızla ayrılmaz surətdə bağlıdır.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram”.
***

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin:
“Möhtərəm İlham Heydər oğlu.
Sizə olan ən yüksək ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq məsələlərdə mühüm rol oynayır, dünya arenasında haqlı olaraq yüksək nüfuza malikdir.
Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əlaqələrin möhkəmləndirilməsində və təkmilləşdirilməsində göstərdiyiniz hərtərəfli köməyə görə Sizə minnətdarlığımı bildirirəm.
Əminəm ki, qurulmuş konstruktiv dialoq bundan sonra da ikitərəfli əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizin üçün bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan xalqının rifahı naminə bütün planlarınızın və təşəbbüslərinizin uğurla həyata keçməsini arzulayıram”.
***

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosova:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz mübarək! Xahiş edirəm, bu münasibətlə ən səmimi təbriklərimi qəbul edin. Sizə uğurlar, tükənməz güc və enerji, nikbinlik, yeni zirvələr fəth etməyinizi arzulayıram.
“Komsomolskaya Pravda” ilə dostluğa və əməkdaşlığa görə səmimi təşəkkürümü bildirirəm.
Sizə və yaxınlarınıza xoşbəxtlik, cansağlığı və firavanlıq diləyirəm”.

***
Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenko:
“Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, hədsiz sevinc, bütün planlarınızın həyata keçməsini, ən əsası, Uca Allahın xeyir-duasını arzulayıram.
Mən Sizi təbrik etməkdən çox məmnunam. Çünki Sizi özümə çox əziz, böyük qəlbi olan və mehriban bir insan hesab edirəm. Ömrümün sonuna qədər Ulu Tanrıya Sizi hifz etməsi üçün dua edəcəyəm.
Çünki Siz həyatınızda xüsusi bir missiyanı - şanlı valideynləriniz Heydər Əliyevin və Zərifə xanım Əliyevanın işlərini davam etdirərək zəmanəmizin böyük siyasi xadiminin, müdrik dövlət rəhbərinin missiyasını yerinə yetirirsiniz.
Zati-aliləri, qoy, bu gözəl gündə Günəş üzünüzə gülsün, ailənizin və dostlarınızın səmimi təbriklərindən və arzularından qəlbiniz şad olsun! Bu gündə ən ümdə arzularınızın gerçəkləşməsini diləyirəm.
Möhtərəm cənab Prezident.
Ölkənizə - mənə çox əziz olan Azərbaycana tərəqqi və sülh, xalqınıza firavanlıq arzulayıram”.
***

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz:
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik və ölkənizin rifahı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Azərbaycan iqtisadiyyatında dönüş yaradan və dünya miqyaslı neft-qaz layihələrinə "yaşıl işıq" olan "Əsrin müqaviləsi"nin imzalanmasının bu il 30 illiyini qeyd etdik. Bu yubiley ili "Azəri"-"Çıraq"-"Günəşli" üzrə sərbəst qaz hasilatı haqqında Sazişin imzalanması və bu yaxınlarda həmin yataqdan 600 milyonuncu ton hasilatın əldə edilməsi ilə daha da əlamətdar oldu.
Eləcə də SOCAR-la yeni əməkdaşlıq imkanları və “yaşıl enerji” sahəsi ilə bağlı layihələrinizin reallaşması istiqamətində mühüm addımlar atıldı.
Onilliklərdir davam edən bu enerji tərəfdaşlığımız müddətində göstərdiyiniz daimi dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Azərbaycan hökuməti və SOCAR ilə strateji tərəfdaşlığımız bundan sonra hələ uzun illər davam edəcək.
Fürsətdən istifadə edərək Sizi, ailənizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram”.

phrase_var_article.chosen
9
9
yeniavaz.com

10phrase_var_article.sources