AZ

Əsədin həyat yoldaşı Rusiyada xərçəngdən müalicə alır

  Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin ölkələrində baş verən hadisələrdən bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyindən müalicəyə başladığı məlum olub.

Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Əsəd Rusiyaya qaçdıqdan sonra həyat yoldaşı ilə görüşüb. Məlumata görə, Əsmanın anası və atası da Moskvadadır.

Əsma ilə Əsədin Əbu-Dabidəki Sorbonna Universitetində təhsil alan qızı Zeinin də Moskvada olduğu bildirilir. Dekabrın əvvəlində isə Əsədin böyük oğlu Hafiz Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edibmiş.

Xatırladaq ki, 2018-ci ilin avqustunda Əsma Əsəddə süd vəzi xərçəngi aşkar edilsə də, 2019-cu ilin yanvarında baş tutan əməliyyatdan sonra onun sağaldığı bildirilib. Bu ilin may ayında 48 yaşlı Əsmada kəskin leykoz xəstəliyi aşkarlanıb./publika.az  

Seçilən
21
7
referans.az

10Mənbələr