AZ

Əsədin arvadı Moskvada xərçəngdən müalicə alır

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin ölkələrində baş verən hadisələrdən bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyindən müalicəyə başladığı məlum olub.

Olaylar xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, Əsəd Rusiyaya qaçdıqdan sonra sonra həyat yoldaşı ilə görüşüb.

Nəşr qeyd edir ki, qadının anası və atası Fəvaz əl-Əxras da Moskvadadır.

Məlumata görə, Əsədlərin Əbu-Dabidəki Sorbonna Universitetində təhsil alan qızı Zein də Moskvadadır.

Xatırladaq ki, 2018-ci ilin avqustunda Əsma Əsəddə süd vəzi xərçəngi aşkar edilib. Bu zaman xəstəlik erkən mərhələdə olub və birinci xanım Dəməşqdə hərbi hospitalda müalicə alıb. 48 yaşlı Əsma Əsəd 2019-cu ilin yanvarında əməliyyat edilib və sağaldığı bildirilib.

Bu ilin may ayında Əsma Əsəddə kəskin leykoz xəstəliyi aşkar edilib. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
9
olaylar.az

10Mənbələr