AZ

Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "Akorda"nın mətbuat xidmətinə istinadən xəbər verir.

"Dövlət başçısının fərmanı ilə Baybazarov Nurlan Serikoviç Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Milli İqtisadiyyat naziri vəzifəsindən azad edilib", - məlumatda bildirilib.

Qeyd edək ki, N.Baybazarov 2024-cü ilin fevralından Baş nazirin müavini - milli iqtisadiyyat naziri vəzifəsində çalışırdı.

Seçilən
10
11
operativmm.az

10Mənbələr