AZ

Tokayev naziri vəzifəsindən azad edib - Yeni təyinat

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Azreform.info Report-a istinadən xəbər verir ki, "Dövlət başçısının fərmanı ilə Baybazarov Nurlan Serikoviç Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Milli İqtisadiyyat naziri vəzifəsindən azad edilib", - məlumatda bildirilib.

Yeni fərmana əsasən, Serik Jumanqarin Qazaxıstanın yeni milli iqtisadiyyat naziri - Baş nazirin müavini olub.

Seçilən
9
11
azreform.info

10Mənbələr