AZ

Bələdiyyə seçkilərindəki bülletenlərinin hazırlanma qaydaları təsdiq edilib

2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydaları təsdiq edilib.

APA xəbər verir ki, qərarın qəbulundan əvvəl MSK-nın sədr müavini Rövzət Qasımov məsələ barədə məlumat verib.

O bildirib ki, qanunvericiliklə seçki bülletenləri səsvermə gününə 10 gün qalmış çap edilməlidir:

"Bələdiyyə seçkilərində bülletenlər respublika üzrə seçici sayından 3 faizindən artıq olmamaq şərti ilə çap olunacaq. Seçki bülletenlərində bələdiyyə üzvlüyünə namizədlər əlifba sırası ilə yazılır və onlar haqqında məlumatlar qeyd edilir".

Qərarla müəyyən edilib ki, bələdiyyə seçkilərində istifadə olunması üçün ümumilikdə 6 milyon 52 min 721 ədəd seçki bülleteni hazırlanacaq.

Daha sonra müvafiq qərar layihəsinin mətni səsverməyə təqdim olunaraq, təsdiqlənib.
Seçilən
26
9
sherg.az

10Mənbələr