2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydaları təsdiq edilib.
Redaktor.az xəbər verir ki, qərarın qəbulundan əvvəl MSK-nın sədr müavini Rövzət Qasımov məsələ barədə məlumat verib.
O bildirib ki, qanunvericiliklə seçki bülletenləri səsvermə gününə 10 gün qalmış çap edilməlidir:
"Budəfəki seçkilərdə respublika bülletenlər üzrə seçici sayının 3 faizindən artıq olmamaq şərti ilə çap olunacaq. Bələdiyyə seçkiləri üçün nəzərdə tutulan bülletendə müvafiq bələdiyyə üzvlüyünə seçiləcək namizədlərin sayı, əlifba sırası ilə adları və onlar haqqında məlumatlar qeyd edilir".
Qərarla müəyyən edilib ki, bələdiyyə seçkilərində istifadə olunması üçün ümumilikdə 6 milyon 52 min 721 ədəd seçki bülleteni hazırlanacaq.
Daha sonra müvafiq qərar layihəsinin mətni səsverməyə təqdim olunaraq təsdiqlənib.