Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Fransa prezidenti Emmanuel Makronu İrəvana dəvət edib.
Publika.az xəbər verir ki, Ermənistan hökumətinin saytında xəbər verilir ki, Paşinyan Makronu ad günü münasibətilə təbrik edib və onun ikitərəfli münasibətlərin inkişafına şəxsi töhfəsini qeyd edib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq 2022-ci ilin aprel və iyulunda, həmçinin 2023 və 2024-cü ilin iyulunda Fransa lideri Emmanuel Makronu dəvət etmişdi. Makronun Ermənistana səfəri 2024-cü ilin payızına planlaşdırılsa da, gəlmədi.
Bunu onunla əlaqələndirirlər ki, Makronun başı hazırda öz problemlərinə qarışıb və yadına Ermənistan düşmür.