AZ

Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Fransa prezidenti Emmanuel Makronu İrəvana dəvət edib.

QAZÍLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, Paşinyan Makronu ad günü münasibətilə təbrik edib və onun ikitərəfli münasibətlərin inkişafına şəxsi töhfəsini qeyd edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq 2022-ci ilin aprel və iyulunda, həmçinin 2023 və 2024-cü ilin iyulunda Fransa lideri Emmanuel Makronu dəvət etmişdi. Makronun Ermənistana səfəri 2024-cü ilin payızına planlaşdırılsa da, gəlmədi.

Bunu onunla əlaqələndirirlər ki, Makronun başı hazırda öz problemlərinə qarışıb və yadına Ermənistan düşmür.

Fransa prezidenti Emmanuel Makron 2018-ci ildə Ermənistana səfər edib.

Seçilən
0
1
qaziler.az

2Mənbələr