AZ

Kəlbəcər sakini qaynatasının evində özünü asdı

Goranboy rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nizami kəndində baş verib.

Kəlbəcər rayon sakini 40 yaşlı Asəf Məmmədovun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Mərhumun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.

Onun ailəli olduğu və vaxtı ilə Gömrük İdarəsində işlədiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.


Müəllif: Teleqraf.com
Seçilən
35
3
teleqraf.com

6Mənbələr