HTŞ silahlılarının hücumunun ilk günlərində Rusiya qruplaşmanın planlarına aydınlıq gətirmək üçün Türkiyə ilə əlaqə saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” mənbələrə istinadla məlumat yayıb.
“Türkiyə isə öz növbəsində Rusiyanı Əsədi uzunmüddətli dəstəkləməyin faydasız olduğuna inandırmağa çalışıb. Türkiyə rəsmiləri israrla bildiriblər ki, üsyançıların mövqelərinə zərbələr endirmək gələcək Suriya rəhbərliyini Moskvaya qarşı yönəldə bilər”, - mənbə bildirib.