Türkiyə 1-ci Liqasında 17-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Çorum"un qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Renat Dadaşov bu görüşün iştirakçısı olub. 25 yaşlı hücumçu 62-ci dəqiqədə meydana daxil olub. Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb.
Bu nəticədən sonra 24 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.