AZ

Renat Dadaşov oynadı, komandası heç-heçə etdi

Futbol üzrə Türkiyə 1-ci Liqasında 17-ci turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, bu gün azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Çorum"un qonağı olub. 

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. 
 

Renat Dadaşov bu görüşün iştirakçısı olub. 25 yaşlı hücumçu 62-ci dəqiqədə meydana daxil olub. Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb. 


Qeyd edək ki, 17 turdan sonra 24 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizim.Media

Seçilən
1
1
bizim.media

5Mənbələr