Cənubi Koreyada hərbi bazada baş verən partlayış nəticəsində 3 nəfər yaralanıb...
Poliqon xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, saat 09:27-də (Bakı vaxtı ilə 04.27) cənub-şərqdəki Kyonsanqnam əyalətinin Qimhe şəhəri yaxınlığındakı Cille şəhərində yerləşən Cənubi Koreya ordusunun 52-ci Logistika Dəstək Qrupunun bazasında partlayış baş verib.
Qeyd edilir ki, naməlum səbəbdən içində təhlükəli maye olan çən partlayıb. Partlayış yanğına səbəb olub və nəticədə üç mülki şəxs həyati təhlükəsi olmayan yanıqlar alıb.
Yanğınsöndürənlərin və polisin məlumatına görə, hərbçilər arasında itki yoxdur.
Poliqon.info