Cənubi Koreya hərbi bazasında partlayış olub.
Bakupost.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Cille şəhərində yerləşən Cənubi Koreya ordusunun 52-ci Logistika Dəstək Qrupunun bazasında partlayış baş verib. Naməlum səbəbdən son yoxlama zamanı təhlükəli materiallar çəni partlayıb. Partlayış yanğına səbəb olub və nəticədə üç mülki şəxs yaralanıb.