AZ

ABŞ-da "Starbucks" işçilərinin başlatdığı tətil bütün ölkəyə yayılıb

ABŞ-da "Starbucks" işçilərinin başlatdığı tətil bütün ölkəyə yayılıb

İlk dəfə ABŞ-ın "Starbucks" qəhvə şəbəkəsinin Sietl, Los Angeles və Çikaqo şəhərlərindəki baristalarının başlatdığı 5 günlük tətilə ölkənin müxtəlif bölgələrindəki şəhərlərdən gələn işçilər də qatılıb.Tətillə bağlı şirkətdə çalışan 10 mindən çox baristanı təmsil edən "Starbucks Workers United"in sosial media hesabından açıqlama verilib.Açıqlamada deyilir ki, "Starbucks Workers United" baristalarının tətili şirkətin üç ən mühüm bazarı olan Sietl, Los Angeles və Chicago, həmçinin Nyu Cersi, Nyu York, Filadelfiya və Sent-Luis şəhərlərini əhatə etməklə genişləndirildiyi bildirilib.Eyni kontekstdə "Starbucks" işçiləri Denver, Kolumbus və Pittsburq kimi şəhərlərdə tətildə iştirak edirlər."Starbucks" işçiləri bildirirlər ki, şirkət dəfələrlə müqavilələrin ilin sonuna qədər imzalanacağına söz versə də, hələ də işçilərə ciddi iqtisadi təklif etməyib.

Seçilən
17
2
afn.az

7Mənbələr