AZ

Tibbi xidmət göstərilən qazilərin sayı açıqlandı

Bakı. Trend:

Cari ilin 11 ayı ərzində 10 min 284 qazimizin 87 min 757müraciətinə uyğun olaraq 251 min 82 tibbi xidmət göstərilib.

Trend xəbərverir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar QurbanovTƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dairmətbuat konfransında bildirib.

O qeyd edib ki, şəhidlərimizin ailə üzvlərindən 6 min 43vətəndaşın 46 min 526 müraciətinə uyğun olaraq 161 min 901 tibbixidmət göstərilib:

“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən tibbi-sosialekspertiza müayinəsinə göndəriş vermək hüququ saxlanılan HəkimMəsləhət Komissiyalarının yekun siyahısı hazırlanıb və həminsiyahıya əsasən göndəriş vermək hüququ saxlanılan TƏBİB tabeli tibbmüəssisələrinin sayı 24-ə çatdırılıb.

2024-cü il ərzində əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbmüəssisələri tərəfindən 61 min 260 nəfərə göndəriş rəsmiləşdirilibvə Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib”.

İcraçı direktor əlavə edib ki, Azərbaycan RespublikasınınSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə TƏBİBarasında Xaçmaz, Qusar, Quba, Şabran və Siyəzən rayonlarınıninzibati əraziləri üzrə ilkin hərbi qeydiyyata alınan, hərbixidmətə çağırılan və ehtiyatda olan vətəndaşların tibbi müayinəsinədair pilot layihəyə başlanılıb.

Seçilən
17
3
az.trend.az

7Mənbələr