AZ

TƏBİB bu il əlilliyin qiymətləndirilməsi məqsədilə 61 mindən çox şəxsə göndərişi rəsmiləşdirib

Bu il əlilliyin qiymətləndirilməsi məqsədilə tibb müəssisələri 61 min 260 nəfərə göndərişi rəsmiləşdirib.

"Cebheinfo.az" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin göndərişlər Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib.

V.Qurbanov qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə TƏBİB arasında Xaçmaz, Qusar, Quba, Şabran və Siyəzən rayonlarının inzibati əraziləri üzrə ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların tibbi müayinəsinə dair pilot layihəyə başlanılıb.

TƏBİB-in icraçı direktoru əlavə edib ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ saxlanılan Həkim Məsləhət Komissiyalarının yekun siyahısı hazırlanıb və həmin siyahıya əsasən göndəriş vermək hüququ saxlanılan TƏBİB tabeli tibb müəssisələrinin sayı 24-ə çatdırılıb.

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

7Mənbələr