Aktual.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
"Yaxın günlərdə Moldova prezidenti enerji təhlükəsizliyi məsələləri ilə bağlı ölkə hökumətinin rəhbərliyi ilə görüş keçirib. Görüş Sandunun Dnestryanı üzərində nəzarətin yaradılması və bölgədə Rusiyanın sülhməramlı varlığının aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanmasının zəruriliyi barədə sözləri ilə yekunlaşıb. Heç kim təminat verə bilməz ki, Moldova prezidenti həqiqətən də regionda əsl müharibəyə başlamağa cəhd etməyəcək”, - məlumatda qeyd olunub.