AZ

Prezident hərbi əməliyyat planı hazırlayır

Moldova Prezidenti Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosundan daxil olan məlumatda deyilir. Qeyd olunub ki, Moldova Prezidenti bu yaxınlarda nazirlərlə enerji təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçirib.

 “Görüş Sandunun Dnestryanı üzərində nəzarətin qurulması və bölgədə Rusiyanın sülhməramlı varlığının aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanmasının zəruriliyi barədə sözləri ilə yekunlaşıb”, - deyə Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib. “Heç kim təminat verə bilməz ki, Moldova Prezidenti həqiqətən regionda real müharibəyə başlamağa cəhd etməyəcək”, - deyə Xarici Kəşfiyyat Xidməti vurğulayıb. 

Seçilən
4
9
cebheinfo.az

4Mənbələr