AZ

Vüqar Qurbanov "Böyük Qayıdış" layihəsi barədə danışdı


“Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib”.

Musavat.com xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov mətbuat konfransında deyib ki, işğaldan azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb, 81 kənddə, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş sislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib:

“Hazırda işğaldan azad edilən torpaqlarımızda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir”.

V.Qurbanov bildirib ki, “Böyük Qayıdış” layihəsi çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib:

"Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib.

2024-cü ilin yanvarından bu günədək isə 819 ailənin, 3100 sakinin tibbi müayinələrədən keçirilməsi icra olunub.

Cari ilin 11 ayı ərzində 10 min 284 qazimizin 87 min 757 müraciətinə uyğun olaraq 251 min 82 tibbi xidmət göstərilib.

Şəhidlərimizin ailə üzvlərindən 6 min 43 vətəndaşın 46 min 526 müraciətinə uyğun olaraq 161 min 901 tibbi xidmət göstərilib".

Nigar HƏSƏNLİ,
Musavat.com

phrase_var_article.chosen
0
1
musavat.com

10phrase_var_article.sources