AZ

Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

Image

"Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib". Bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov mətbuat konfransında deyib. O bildirib ki, ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb, 81 kənddə, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş sislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib: “Hazırda işğaldan azad edilən torpaqlarımızda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir. "Böyük Qayıdış" layihəsi çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib”.

Günel CƏLİLOVA






phrase_var_article.chosen
2
17
baki-xeber.com

10phrase_var_article.sources