AZ

Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır

Türk dünyası ilə bağlı addımlar atılır, müqavilələr imzalanır. Ortaq Türk əlifbası qərarından sonra Türk dünyasının xəritəsinin hazırlanması məsələsi gündəmdədir.

Publika.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin kartoqrafiya qurumlarının rəhbərləri və hərbi attaşelərin iştirakı ilə Ankarada toplantı keçirilib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Macarıstan, Şimali Kipr və Türkmənistanın müşahidəçi olduğu ölkələrin nümayəndələri Türk dünyasının ortaq xəritəsini hazırlamaq üçün bir araya gəlib. Xəritə ölkələrin müdafiəsinin ən vacib açarlarından biri hesab olunur.

Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritə Baş İdarəsinin direktoru general-mayor Osman Alp ortaq xəritə ilə bağlı “TRT Haber”-ə danışıb.

Osman Alp xəritənin Türk ölkələrinin müdafiəsinin əsas açarlarından biri olduğunu vurğulayıb:

“İlk yığıncaqda kartoqrafiya ilə bağlı məsələləri əhatə edən əməkdaşlığa dair bəyannamə mətni imzalanıb. Bəyannamə ilə kartoqrafiya sahəsində texniki bilik və təcrübənin bölüşdürülməsi, təlim və məsləhətlərin verilməsi, birgə xəritə hazırlanması üçün standartların yaradılması, rəqəmsal kartoqrafiya tətbiqləri üçün əməkdaşlıq və bu məsələlərlə bağlı texniki araşdırmaların aparılması razılaşdırılıb.

Ortaq Türk Dünya Xəritəsi təqdim ediləndə vətəndaşlarımız coğrafi baxımdan uzaq görünən Türk dövlətlərinin əslində çox yaxın olduğunu anlayacaqlar. Görəcəklər ki, bizim adət-ənənələrimiz orada da keçərlidir, oradakı bəzi məsələlər də eyni şəkildə bizə şamil edilir. Simvol olaraq gördüyümüz xəritə əslində Türk dövlətlərinin bir-birinə nə qədər yaxın olduqları, keçmişdə nə qədər birlikdə yaşadıqları, gələcəkdə niyə bir yerdə olması lazım olduğu barədə fikir formalaşdıracaq”.

Seçilən
5
1
publika.az

2Mənbələr