AZ

Şuşa şəhərinə növbəti köç oldu

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.

Xezerxeber.az xəbər verir ki, mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Bu mərhələdə Şuşa şəhərinə 51 ailə - 208 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

phrase_var_article.chosen
1
42
xezerxeber.az

10phrase_var_article.sources