AZ

Növbəti köç karvanı Şuşa şəhərinə çatdı, ailələrə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO

Dekabrın 23-də yola çıxan növbəti köç karvanı Şuşa şəhərinə çatıb. Bu mərhələdə şəhərə köçürülən 208 nəfərdən ibarət 51 ailəyə mənzillərin açarları təqdim edilib. 

Bizim.Media xəbər verir ki, köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. 
 

Açarların təqdim olunması mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Ailələrə yeni tikilmiş binalarda mənzillər verilib. 


Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır. 

*** 14:27

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı sakinlərin qarşılanma mərasimi keçirilib.

Bu mərhələdə Şuşa şəhərinə 51 ailə - 208 nəfər köçürülüb.






Bizim.Media

phrase_var_article.chosen
0
42
bizim.media

10phrase_var_article.sources