Ukrayna ilə müharibədə kömək üçün Rusiyaya qoşun göndərmək Şimali Koreyanın ideyası olub.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “New York Times” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Amerika rəsmiləri Kim Çen Inın bunun müqabilində Rusiyada dərhal nəsə bir şey aldığına inanmırlar. Bildirilir ki, Şimali Koreya bunun əvəzində gələcəkdə Rusiyadan diplomatik dəstək, böhran vəziyyətlərində yardım və texnologiya sahəsində kömək alacaq.
ABŞ rəsmiləri həmçinin bildiriblər ki, Şimali Koreya əsgərlərinin nə dərəcədə təsirli olması aydın deyil.
Qeyd edək ki, Şimali Koreyanın Rusiyaya 10-12 min arası hərbçi göndərdiyi bildirilir.
“AzPolitika.info”