AZ

Əkrəm Həsənov: "Əxlaqsızlığı daha geniş kütləyə təbliğ edən onlardır"

"Mənə əxlaqsızlığı təbliğ edən tiktokerləri gözləyən məsuliyyət və cəza haqda suallar daxil olur. Cavabını bilmirəm. Çünki Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində belə cinayət və ya inzibati xəta tərkibi yoxdur".

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.

 

"İctimai mənəviyyat əleyhinə olan pozuntular var, amma onlar da konkretdir, məsələn: avaralıq, fahişəlik, qumarbazlıq. Lakin əxlaqsızlığın təbliği yoxdur. Odur ki, əvvəlcə gərək qanunda bu pozuntuya görə məsuliyyəti nəzərdə tutaq, sonra isə təqsirkarları məsuliyyətə cəlb edək. Özü də tiktokerlərdən yox, telekanallardan başlamaq lazımdır. Əxlaqsızlığı daha geniş kütləyə təbliğ edən onlardır... Onu da vurğulayım ki, əxlaq çox subyektiv məsələdir. Buna görə də qanunda hansısa meyarlar da təsbit olunmalıdır. Əks halda, “terrorçuluğ”un gününə düşəcək. Necə ki, dünyada kimin kimdən xoşu gəlmirsə, onu terrorçu adlandırır, bizdə də eyni məntiqlə əxlaqsız adlandıracaqlar", - hüquqşünas qeyd edib. 

Tarix: 24 Dekabr 2024, 11:45   
Seçilən
15
2
pravda.az

4Mənbələr