AZ

Hüquqşünas telekanalları əxlaqsız yuvasına çevirənlərin həbsini tələb edir: "Əxlaqsızlığı daha geniş kütləyə təbliğ edirlər"

"Mənə əxlaqsızlığı təbliğ edən tiktokerləri gözləyən məsuliyyət və cəza haqda suallar daxil olur. Cavabını bilmirəm. Çünki Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində belə cinayət və ya inzibati xəta tərkibi yoxdur".

Mia.az xəbər verir ki, bu sözləri hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, ictimai mənəviyyat əleyhinə olan pozuntular var, amma onlar da konkretdir: "Məsələn, avaralıq, fahişəlik, qumarbazlıq. Lakin əxlaqsızlığın təbliği yoxdur. Odur ki, əvvəlcə gərək qanunda bu pozuntuya görə məsuliyyəti nəzərdə tutaq, sonra isə təqsirkarları məsuliyyətə cəlb edək. Özü də tiktokerlərdən yox, telekanallardan başlamaq lazımdır. Əxlaqsızlığı daha geniş kütləyə təbliğ edən onlardır".

Hüquqşünas qeyd edib ki, əxlaq çox subyektiv məsələdir: "Buna görə də qanunda hansısa meyarlar da təsbit olunmalıdır. Əks halda, “terrorçuluğ”un gününə düşəcək. Necə ki, dünyada kimin kimdən xoşu gəlmirsə, onu terrorçu adlandırır, bizdə də eyni məntiqlə əxlaqsız adlandıracaqlar".

Samir Musayev

MİA.AZ

Seçilən
1
2
mia.az

4Mənbələr